Bank Of Baku

Ötən ay Azərbaycanın Ərzurumdan idxal etdiyi məhsulun həcmi 350 min dolları ötüb

Ötən ay Azərbaycanın Ərzurumdan idxal etdiyi məhsulun həcmi 350 min dolları ötüb
# 10 oktyabr 2022 11:05 (UTC +04:00)

Türkiyənin Ərzurum şəhərindən Azərbaycana ixrac olunan məhsulların miqdarı sentyabr ayında artıb.

APA-Economics” Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan təkcə ötən ay yüksək dəyərdə ixrac edilən məhsullara görə ən çox pay sahibi olan ölkələr arasında ikincidir. Ümumilikdə yanvar-sentyabr göstəricilərinə görə isə Azərbaycan ilk üçlükdədir.

Sentyabr ayında Ərzurumdan Azərbaycana ixrac edilən məhulların həcmi 28,8% artıb. Qeyd edilən dövrdə qardaş ölkənin bu şəhərindən Azərbaycana 356,7 min dollarlıq məhsul ixrac edilib.

Ümumumilkdə isə yanvar-sentyabr ayları ərzində Ərzurumdan Azərbaycana 2,2 mln. dollar məhsul ixrac olunub.

Vüsal Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR