Əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin edən mexanizmlərin təkmilləşdirilməsi və stimullaşdırıcı tədbirlər nəticəsində 2019-cu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 344 min 394 vahid artaraq bu ilin 1 yanvar tarixinə 1 mln. 746 min 309 təşkil edib.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
“Qeyri-dövlət sektorunda bu göstərici 291 min 435 vahid artaraq 831 min 357 olub”, - deyə məlumatda bildirilir.