Bank Of Baku

Pakistanlı düyü ixracatçıları Azərbaycana dəvət olunub

Pakistanlı düyü ixracatçıları Azərbaycana dəvət olunub
# 15 dekabr 2022 15:26 (UTC +04:00)

Pakistandan 18-19 düyü ixracatçısını hazırda bura dəvət etmişik.

"APA-Economics" xəbər verir ki, bunu Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Xürrəm Cavaid Batti bildirib.

"Bundan öncə biz düyünün qiyməti, keyfiyyəti ilə bağlı müzakirələr aparırdıq. Artıq iki ölkə arasında ödənişlərlə bağlı banklarla aparılan müzakirələrimizi başa vurmuşuq. Ötən il Pakistandan Azərbaycana ixrac olunan düyünün həcmi 2 mln. dollar olub. Məqsədimiz Azərbaycan xalqını yeni düyü çeşidləri ilə tanış etməkdir. Hindistanda istehsal olunan düyülərdən həm ABŞ, həm də Avropa pestisidlər aşkar etdiyindən Hindistan düyülərinin idxalına qadağa qoydu. Pakistan isə yeni düyü növləri hazırlayıb və ABŞ, Avropada bizim düyülərə ehtiyac xeyli artıb", - qurum rəhbəri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR