Bank Of Baku

Rəhbəri milyonlarla pul mənimsəyən şirkətin Bakıdakı nümayəndəliyi bağlanır

Rəhbəri milyonlarla pul mənimsəyən şirkətin Bakıdakı nümayəndəliyi bağlanır
# 27 oktyabr 2022 14:03 (UTC +04:00)

Türkiyənin “THALES İNTERNATİONAL WESTERN COUNTRİES B.V.” transmilli korporasiyasının Azərbaycandakı nümayəndəliyi ləğv olunur.

APA-Economics” xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Touer 2, 1-ci mərtəbə, Dentons Şirkəti ünvanına bildirə bilərlər.

Qeyd edək ki, bu ilin fevral ayında şirkətin Azərbaycan nümayəndəliyinin direktoru Şahan Mehmetali vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə görə həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR