Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Rusiya Federasiyasının Nijeqorod vilayətində Nyukasl xəstəliyi aradan qaldırılıb.
Qida Təhlükəsizliyi Agentliyindən APA-ya bildirilib ki, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan inzibati ərazi vahidinin bu xəstəlikdən epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, Rusiya Federasiyasının Nijeqorod vilayətindən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.