Bank Of Baku

Sahibkarlara 70,4 mln. manat faiz subsidiyası veriləcək

Sahibkarlara 70,4 mln. manat faiz subsidiyası veriləcək
# 21 oktyabr 2022 11:20 (UTC +04:00)

1 oktyabr 2022-ci il tarixinə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi ilə əlaqədar kredit qalığı 858,4 mln. manat olan 5.035 müraciətə baxılaraq 70,4 mln. manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twtitter" hesabında məlumat verib.

O əlavə edib ki, artıq 5009 kredit üzrə sahibkarlara 66,6 mln. manat faiz subsidiyası ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR