Bank Of Baku

"Skywell" Markasından dövlətin qərarına uyğun addım - FOTO

"Skywell" Markasından dövlətin qərarına uyğun addım - FOTO
# 13 dekabr 2022 09:30 (UTC +04:00)

Skywell elektrik avtomobillərinin qiymətləri yeni qərara uyğun tənzimləndi!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli 411 saylı Qərarı ilə, elektrik mühərrikli minik avtomobilləri mövcud 15% idxal rüsumundan azad edildi. Bu qərardan sonra Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) quruma üzv şirkətlər arasında elektrik mühərrikli avtomobil satışını həyata keçirən rəsmi dilerlər ilə fikir mübadiləsi edib.

"APA-Economics" xəbər verir ki, ötən gün AADA-nın icraçı direktoru Eyyub Əliyev quruma müşahidəçi qismində qatılan ONVOLT” şirkətinin sərgi-satış salonunu ziyarət edib. Xatırladaq ki, “ONVOLT” şirkəti Çinin SKYWELL tam elektrik premium avtomobil istehsalçısının Azərbaycanda yeganə və rəsmi idxalçısıdır. AADA rəhbərliyi ilə söhbət zamanı “ONVOLT MMC-nin direktor müavini Nəzmi İsmayılov salonlarında yalnız tam elektrik mühərrikli avtomobillərin satıldığını və bu avtomobillər üçün satış sonrası xidmətin ən müasir texnologiyalarla təchiz olunmuş “Motor House” texniki xidmət mərkəzində həyata keçirildiyini qeyd edib. Nəzmi İsmayılov sərgi-satış salonunun önündə 120 kVts-luq şarj terminalının yerləşdirildiyini və bu terminal vasitəsilə SKYWELL sürücülərinin pulsuz şarj etmə imkanı əldə etdiklərini sevindirici hal kimi vurğulayıb.

Şirkət rəsmisi Nazirlər Kabinetinin məlum Qərarından sonra satışda olan avtomobillərin qiymətlərini qərarın tələbinə uyğun tənzimlədiklərini qeyd edib.

“Salondakı avtomobillərin qərardan öncə Azərbaycana gətirildiyinə baxmayaraq, biz dövlətimizin ətraf mühitin qorunmasına, ekoloji təmiz avtomobillərin təbliğinə olan bu qayğısına hörmət əlaməti olaraq, öncə gətirilən avtomobillərin də qiymətini müvafiq olaraq aşağı salınmasını təmin etdik. Ölkədə elektrik avtomobilləri üçün xüsusi qanunların qəbul olunduğunu və bu avtomobillərin əlçatanlığının təmin edilməsinin dövlətimizin prioritet məsələsi olduğunu SKYWELL istehsalçı zavoduna bildirdik. SKYWELL konserni öz növbəsində bu təklifimizi müsbət qarşılayaraq, avtomobillərin qiymətinin indiki qərara uyğun tənzimlənməsində bizə dəstək oldu. Hazırda təqdim edilən avtomobillərin qiymətləri qərardan əvvəlki qiymətlərdən fərqlənir və biz bu məlumatı qiymət lövsində müştərilərimizə göstəririk” - deyə Nəzmi İsmayılov məlumat verib.

AADA rəhbərliyi Nəzmi İsmayılova gördükləri işlərə görə təşəkkür edərək onlara gələcək işlərində uğurlar arzu edib.

Xatırladaq ki, “ONVOLT” MMC Azərbaycanda ilk və hələ ki yeganə elektrik avtomobilləri brendinin rəsmi idxalçısıdır.

Maraqlananlar üçün:

Əlaqə: (+99412) 440 00 07

Ünvan: C.Hacıbəyli,194

Sayt və instagram: www.skywell.az ; skywell.az

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR