Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Akkord” korporasiyası yanvarın 26-da hidrotexniki obyektlərin tikintisi ilə məşğul olacaq yeni şirkət yaradıb.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Akkord Hydrotechnical Construction Company” MMC-nin ofisi korporasiyanın mənzil-qərargahlarından birində - Teymur Əliyev, 59 ünvanındadır.
Yeni şirkətin xarici həmtəsisçilərinin olması istisna edilmir. 2012-ci ilin yayından kommersiya hüquqi şəxslərin təsisçiləri və pay iştirakı məxfi sayılır.