Bank Of Baku

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin tabeliyində olan 2 şirkət bağlanır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin tabeliyində olan 2 şirkət bağlanır
# 25 noyabr 2015 07:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Səyyar dəniz balıq ovu” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

 

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ümumi yığıncaq dekabrın 28-də saat 10:30-da Səbail rayonu, M.Rəsulzadə küçəsi 5 ünvanında yerləşən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında baş tutacaq.

 

Yığıncaqda “Səyyar dəniz balıq ovu” ASC-nin ləğv olunması və təsviyəçinin təyini ilə əlaqədar məsələyə baxılacaq.

 

Xatırladaq ki, “Səyyar dəniz balıq ovu” ASC 28.09.2001-ci ildə dövlət qeydiyyatına alınıb. 

 

Bundan başqa, dekabrın 28-də saat 14:30-da Səbail rayonu, M.Rəsulzadə küçəsi 5 ünvanında yerləşən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin inzibati binasında qurumun tabeliyində olan “Gəmi Təmiri” ASC-nin səhmdarlarının da növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda “Gəmi Təmiri” ASC ASC-nin ləğv olunması və təsviyəçinin təyini ilə əlaqədar məsələyə baxılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR