“Azəristiliktəchizat” ASC izolyasiya materialları və müxtəlif tipli mal-materialların satınalınması məqsədilə kotirovka sorğusu elan edir.
“APA-Economics” Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 3 nömrəli ünvana müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini 3 noyabr 2017-ci il saat 15.00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.
Təklif zərfləri 6 noyabr 2017-ci il saat 11:00-da açılacaq.