“Azərkosmos” ASC “2017-ci il Maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi xidməti”nin satınalınması məqsədilə kotirovka sorğusu keçirir.
“APA-Economics” xəbər verir ki, iddiaçıların ixtisasına dair tələblər bunlardır:
- şirkətlər audit sahəsində Auditorlar Palatası tərəfindən verilmiş lisenziya əsasında ən azı 5 il (bu elanın dərc edildiyi tarixədək) fasiləsiz fəaliyyət göstərən audit şirkəti olmalıdır;
- Azərbaycanda iri dövlət təşkilatlarının və telekommunikasiya sektorunda iri şirkətlərin auditi təcrübəsi olmalıdır;
- Həmçinin “Brand finance Global 500” siyahısına daxil olan şirkətlərin auditində iştirak etmiş olmalıdır.
Təkliflər bağlı zərflərdə, imzalanıb möhürlənmiş şəkildə Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 72, 5 nömrəli ünvanda yerləşən “Azərkosmos” ASC-yə 13 noyabr 2017-ci il Bakı vaxtı ilə saat 18:00-dək təqdim olunmalıdır. Bu müddətdən gec təqdim olunmuş zərflər qəbul edilməyəcək.
Təklif zərfləri 14 noyabr 2017-ci il Bakı vaxtı ilə saat 12:00-da qeyd olunan ünvanda açılacaq.
Zərflərin açılışı ilə bağlı iclasda iştirak etmək istəyən iddiaçı şirkətlər nümayəndələrinin adına etibarnamə təqdim etməlidirlər.