Bank Of Baku

“Azexport” regional elektron ticarət platformasına qoşulub

“Azexport” regional elektron ticarət platformasına qoşulub
# 01 iyun 2017 11:51 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Türkiyəyə səfər edib.


Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində İstanbul şəhərində Dünya Kiçik və Orta sahibkarlar forumu (World SME Forum) ilə İİTKM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Əməkdaşlıq memorandumu İİTKM-nin icraçı direktoru V.Qasımlı və Dünya Kiçik və Orta Sahibkarlar Forumu rəhbəri Tunc Uyanık imzalayıb.

 

Qeyd edək ki, Dünya Kiçik və Orta Sahibkarlar Forumunun nümayəndələri bir müddət öncə Bakı şəhərinə səfər edərək, “Azexport” portalının təcrübəsini öyrəniblər. Bu forum tərəfindən yeni yaradılan “KOBİ.Market” elektron ticarət portalında “Azexport”un təcrübəsi də nəzərə alınıb. Bu gün imzalanan əməkdaşlıq sazişi həm də “Azexport” portalı ilə “KOBİ.Market” portalı arasında inteqrasiyaya xidmət edəcək.

 

Məlumat üçün əlavə edək ki, Dünya Kiçik və Orta Sahibkarlar Forumu tərəfindən yaradılan “KOBİ.Market” adlı elektron platforma kiçik və orta sahibkarların elektron ticarətin imkanlarından faydalanmasına, yeni bazarlara çıxmasına və bacarıqlarının artırılmasına xidmət edəcək. Portal ilk mərhələdə Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edəcək. Kiçik və orta sahibkarlar bu elektron ticarət platformasına inteqrasiya olunaraq elektron ticarət imkanından faydalanacaqlar.

 

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin Odalar və Borsalar birliyinin rəhbəri Rıfat Hisarcıklıoğlu və Gürcüstanın Ticarət və Sənaye Palatasının rəhbəri Kaxa Bainduraşvili əməkdaşlıq haqqında razılığa gələrək memorandum imzalayıblar.

 

İmzalanma mərasimində Türkiyə Gömrük və Ticarət naziri Bülent Tüfekçi və İqtisadiyyat nazirliyinin müstəşarı İbrahim Şenel də iştirak edib.

 

Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfekçi bildirib ki, kiçik və orta sahibkarların beynəlxalq müstəvidə rəqabət apara bilməsi üçün və virtual ortamda elektron ticarət zamanı görüşə bilmələri çox önəmlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR