Bank Of Baku

“Bizim Süfrə” mayonezi Türkiyədə keçirilmiş müsabiqədə yüksək nəticə göstərib

“Bizim Süfrə” mayonezi Türkiyədə keçirilmiş müsabiqədə yüksək nəticə göstərib
# 30 may 2014 14:11 (UTC +04:00)

Bakı – APA-Economics. “Bizim süfrə” mayonezi Türkiyədə “Qablaşdırma Ay Ulduzları” müsabiqəsində 192 namizəd arasından seçilərək yüksək nəticə göstərib.

 

“Azərsun Holdinq”dən “APA-Economics”ə verilən məlumata görə, “Bizim süfrə” gözəl tərtibatı və yüksək keyfiyyəti ilə doqquz kateqoriya üzrə mübarizədə qalib olub.

 

Ümumdünya Qablaşdırma Təşkilatı tərəfindən təsdiq edilmiş bu yarış beynəlxalq səviyyədə də kifayət qədər məşhurdur.

 

“Bizim süfrə” mayonezini istehlakçılara sevdirən bir çox səbəb var. Bunun ən vacibləri isə salatlarda istifadə edilərkən su salmaması, hazırlandığı vaxtdan süfrəyə verilənə qədər qatılığını qoruyub saxlaması, tərkibində heç bir genetikası dəyişdirilmiş məhsulun və turşuluğun olmamasıdır. Bu mayonezlər insan əli dəymədən istehsal olunan və qablaşdırılan məhsullardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR