“HGC Group” MMC “Akkord SDİ Şirkətlər Qrupu” MMC-nin fəaliyyətinə xitam verib.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, "HGC Group” MMC “Akkord SDİ Şirkətlər Qrupu” MMC-nin fəaliyyətinə xitam verərək ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
Qeyd edək ki, "HGC Group" MMC Azərbaycanın iri sement istehsalçılarından biri kimi ildə 1 milyon ton sement istehsal edir və Azərbaycanın Qərb regionunda reallaşmış ən böyük investisiya layihəsidir. Zavodun inşasına 2010-cu ilin mart ayında başlanıb, 2013-cü ilin aprelində sement istehsalı, 2014-cü ilin avqustunda isə klinker istehsalı xətləri istifadəyə verilib.
2019-cu ilə qədər zavodun istehsal həcminin genişləndirilərək illik 3 milyon tona çatdırılması planlaşdırılır. Şirkət hazırda sulfatadavamlı sement, həmçinin qalaq və kisə şəklində müxtəlif sement məhsulları istehsal edir. Qazax Sement Zavodu istehsal prosesini və daşımaları təmin edəcək geniş infrastruktur və uzunmüddətli xammal ehtiyatları ilə təmin edilib.