Bank Of Baku

"Aqrokimya Azərbaycan" məhsul qablaşdırılmasının dizaynını "Apamark"a həvalə edib

"Aqrokimya Azərbaycan" məhsul qablaşdırılmasının dizaynını "Apamark"a həvalə edib
# 17 iyul 2017 07:40 (UTC +04:00)

Geniş tərkibli komandası ilə mövcud və yeni müştərilərinə ən doğru həll yollarını təqdim edən "Apamark" şirkəti bu dəfə yeni yaradılan "Aqrokimya Azərbaycan" MMC şirkətinə dəstək olub.

 

Azərbaycanda ilk dəfə bitkilərin mühafizəsi üzrə məhsulların istehsalını və satışını həyata keçirəcək "Aqrokimya Azərbaycan" MMC şirkəti öz məhsullarının qablaşdırma dizaynlarını "Apamark" marketinq və PR şirkətinə həvalə edib.


Dizayn zamanı müştərinin vaxt itirmədən məhsul haqqında məlumatlarla yaxından tanış olması üçün məlumatlar qablaşdırılmanın üzərinə yerləşdirilib. Qablaşdırmaların rəngləri dərmanların növlərinə görə qruplaşdırılıb. Məhsulun bazarda olan digər məhsulların arasında fərqlənməsi üçün qablaşdırılmanın arxa fonuna aidiyyatı üzrə ağac kompozisiyaları əlavə edilib.

Qeyd edək ki, yaxın zamanlarda fəaliyyət göstərəcək "Aqrokimya Azərbaycan" MMC şirkətinin loqosu və brendbuku da "Apamark" marketinq və PR şirkəti tərəfindən hazırlanıb. Şirkət yaxın zamanlarda "Aqrokimya Azərbaycan"ın yeni saytını da istifadəyə verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR