Bank Of Baku

Azərbaycanda kameral vergi yoxlamaları nəticəsində dövlət büdcəsinə ödənilmiş vəsait artıb

 Azərbaycanda kameral vergi yoxlamaları nəticəsində dövlət büdcəsinə ödənilmiş vəsait artıb
# 05 dekabr 2013 13:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda kameral vergi yoxlamaları ilə əlavə hesablanmış vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4% artıb.

 

«APA-Economics»in məlumata görə, bunu Vergilər Nazirliyi İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin Vergidən yayınma risklərinə nəzarət İdarəsinin rəisi Nəsib İsgəndərov «Vergilər» qəzetinə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, bu ilin yanvar-oktyabr ayları ərzində aparılmış kameral vergi yoxlamaları nəticəsində dövlət büdcəsinə ödənilmiş vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,6% çox olub.

 

N.İsgəndərov gələcəkdə vergidən yayınma risklərinin aradan qaldırılması məqsədilə atılacaq addımlara da aydınlıq gətirib. O bildirib ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prioritet təşkil edəcək: «Həmçinin, vergilər üzrə risklərin müəyyənləşdirilməsi, yoxlama üçün zəruri materialların təhlilinin mümkün qədər elektronlaşdırılması və yoxlamaların keyfiyyətinin artırılmasına istiqamətləndirilmiş tədbirlər görüləcək».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR