Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Hindistanda Avto-Elektronika İnnovasiya Konfransı keçiriləcək.
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, konfrans oktyabrın 17-də Hindistanın Çennai şəhərində baş tutacaq. Konfrans "Yeni baxışlar və əhatənin genişləndirilməsi" mövzusunda olacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar.
Konfransda iştirak etmək istəyən sahibkarlar və iş adamları Hindistanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.