Bank Of Baku

"Azercell"in səhmdarına qazandırdığı məbləğ kəskin azalıb

"Azercell"in səhmdarına qazandırdığı məbləğ kəskin azalıb
# 30 oktyabr 2017 09:17 (UTC +04:00)

30 sentyabr 2017-ci il tarixinə "Turkcell" şirkəti törəməsi olan "Azercell Telekom" MMC-dən 1,223 mln. lirə məbləğində gəlir əldə edib.

 

"APA-Economics" xəbər verir ki, gəlir telekommunikasiya servislərindən əldə olunub.

 

Ötən ilin müvafiq dövründə "Turkcell" Azərbaycandakı törəməsindən 2,038 mln. lirə gəlir əldə edib. Beləliklə, "Azercell Telekom"un ana müəssisəsinə qazandırdığı məbləğ 8,150 mln. lirə azalıb.

 

Cari ilin 9 ayı ərzində "Turkcell" "Azercell Telekom" MMC-yə 503 min lirə xərc çəkib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 278 min lirə azdır. Bu xərc telekommunikasiya servislərinə yönəlib.

 

Bundan öncə "Azercell Telekom" MMC-nin səhmdarı olan "TeliaSonera Holding BV" bu ilin sonunadək Azərbaycan bazarını tərk edəcəyini açıqlayıb.


"Turkcell" şirkətinin baş icraçı direktoru Kaan Terzioğlunun sözlərinə görə, "TeliaSonera Holding BV"-nin Avrasiya regionundakı aktivlərini idarə edən "Fintur Holding BV" şirkətinin Azərbaycan, Qazaxıstan, Gürcüstan və Moldova bazarlarını tərk etməsi prosesi davam edir və prosesin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

 

Nizamnamə kapitalı 538 mln. dollar olan "Fintur Holding BV"-nin səhmlərinin 41,45%-i "Turkcell" şirkətinə, 58,55%-i isə "TeliaSonera" holdinqinə məxsusdur.

 

Qeyd edək ki, "TeliaSonera Holding BV"-nin Avrasiya regionundakı aktivləri "Fintur Holdings" tərəfindən idarə olunur. Söhbət "Azercell" (Azərbaycan), "GeoCell" (Gürcüstan), "KCell" (Qaxaxıstan), "MoldCell" (Moldova) kimi aktivlərdən gedir.

 

Bundan öncə "TeliaSonera Holding BV" bəyan edib ki, tədricən Avrasiya regionundakı iştirakını dayandıracaq. Şirkət "uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu" bildirib. Holdinq artıq Nepal və Özbəkistandakı aktivlərini satıb.

 

* 1 türk lirəsi = 0,4502 manat

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR