Bank Of Baku

"Azərsu" kotirovka sorğusu elan edir

"Azərsu" kotirovka sorğusu elan edir
# 12 sentyabr 2017 06:55 (UTC +04:00)

"Azərsu" ASC struktur vahidlərində internet və telefon xətlərinin çəkilişi və şəbəkənin qurulması üçün lazımi mal-materialların satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

 

"APA-Economics" ASC-nin yaydığı elana istinadən xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər qurumun satınalmaların təşkili və idarə olunması departamentinin tenderlərin təşkili şöbəsinə müraciət edə bilərlər.

 

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini 14 sentyabr 2017-ci il saat 15:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Kotirovka təklifləri "Azərsu" ASC-nin baş ofisində 15 sentyabr 2017-ci il saat 15.00-da açılacaq.

 

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.

 

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR