Bank Of Baku

"Azexport" sahibkarlara yeni xidmət təklif edir

"Azexport" sahibkarlara yeni xidmət təklif edir
# 02 noyabr 2017 06:57 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Azexport" portalı (www.azexport.az) sahibkarlara yeni xidmət növünü təqdim edir.


Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, "Azexport" portalı dövlət və özəl satınalmaları portallarından on minlərlə elanlar arasında ən uyğununu seçərək onları Azərbaycan sahibkarlarına təqdim edir. Sahibkarlar artıq aydın şəkildə müxtəlif ölkələrdə elan olunan tenderlər və sifarişləri görə bilər və onlardan yararlana bilərlər. Eyni zamanda portal bu cür tenderlərdə iştirakla bağlı müvafiq dəstək verəcək.


"Azexport" portalının rəhbəri Zaur Qardaşov bildirib ki, belə bir bölümün yaradılmasında məqsəd Azərbaycanın məhsul və xidmətlərinin xarici ölkələrdə mövcud böyük dövlət və özəl satınalmalarına çıxışını təmin etməkdir. Hazırda bir çox ölkələrdə satınalmalar tamamilə elektron qaydada keçirildiyi üçün bu cür inteqrasiya mümkün olub. Bir çox hallarda tenderlərdə iştirak haqqı tələb olunmasa da, bu cür portallarda qeydiyyat üçün elektron imza, zəmanət sənədləri, illik ödəniş və digər tələblər vardır ki, bu prosedurların bir hissəsini dövlət öz üzərinə götürərək sahibkara əlavə dəstək ola bilər. Hesablamalar göstərir ki, Azərbaycan sahibkarları məhsullarını birbaşa tenderlər vasitəsilə satmaqla 30-40% əlavə gəlir və davamlı müştərilər əldə edə bilərlər. Eyni zamanda, bu cür platformalara çıxış, bir sıra ənənəvi və yeni sahələrin (məsələn maşınqayırma, İT xidmətləri, tikinti xidmətləri və s.) ixrac imkanlarını xeyli artıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR