Bakı. Musa Əhmədov - APA-Economics. İyunun 17-də “Bakı Tikiş Evi” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“APA-Economics”in məlumatına görə, iclasda “Bakı Tikiş Evi”nin 2015-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması məsələsinə baxılacaq.
Ümumi yığıncaq saat 11:00-da “Bakı Tikiş Evi”nin inzibati binasında keçiriləcək.