"Carlsberg Azerbaijan" MMC on-treyd kanalında süzmə pivənin satışı üzrə dilerlərin seçimini elan edir.
"Carlsberg Azerbaijan" MMC-dən "APA-Economics"ə verilən məlumata görə, namizədlərin nəzərdən keçirilməsi üçün mütləq şərtlər bunlardır:
- Süzmə pivənin satışı üçün öz avadanlıqlarının olması;
- "Carlsberg-Azerbaijan" məhsullarını müstəqil şəkildə daşımaq imkanı;
- "Carlsberg-Azerbaijan" şirkətinə məxsus dövriyyə tarasının girovu üzrə bank zəmanətinin rəsmiləşdirilməsi.