"Coca-Cola" şirkətinin Azərbaycandakı satışlarının həcmi kəskin azalıb. "APA-Economics" xəbər verir ki, bu barədə şirkətin açıqladığı konsolidə olunmuş hesabatında deyilir.
Hesabat nüfuzlu "PwC" audit şirkəti tərəfindən hazırlanıb.
Qeyd edilir ki, ötən il Azərbaycanda hökm sürən zəif makroiqtisadi şərait səbəbindən şirkətin məhsullarının satışı azalıb. Konkret rəqəm açıqlanmasa da bildirilir ki, azalma ikirəqəmli səviyyədədir.