Bank Of Baku

Cocuq Mərcanlıda yem emalı müəssisəsi inşa olunacaq

 Cocuq Mərcanlıda yem emalı müəssisəsi inşa olunacaq
# 15 noyabr 2017 11:27 (UTC +04:00)

Cocuq Mərcanlıda yem emalı müəssisəsi inşa olunacaq.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə Azərbaycan dövləti və ABŞ-ın Beynəlxalq İnkişaf agentliyinin birgə maliyyələşdirdiyi “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi çərçivəsində inşa olunacaq müəssisənin təməli qoyulub.

 

İqtisadiyyat nazirliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə Nazirliyin və yerli icra hakimiyyətinin nümayəndələri iştirak edib.

 

Tədbirdə, “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsinin nümayəndəsi Timoti Madigan SEDA layihəsi çərçivəsində görülən işlərdən danışıb.

 

Cocuq Mərcanlıda emal müəssisəsinin yem emalı avadanlıqları üçün otaq və anbar inşa olunacaq. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR