Vergilər Nazirliyi "Petrochem Performance Products" MMC-ni dövlət qeydiyyatına alıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Şirkətin nizamnamə kapitalı 7,9 mln. dollardır.
Martın 6-da dövlət qeydiyyatından keçən MMC-nin qanuni təmsilçisi Fərhad Şahvələdovdur.