Mayın 15-də "Səba" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
"APA-Economics" şirkətin İdarə Heyətinin yaydığı məlumata istinadən xəbər verir ki, iclasın gündəliyinə şirkətin əlavə adi səhmlərin buraxılması (emissiyası) yolu ilə nizamnamə kapitalının artırılmasının müzakirəsi daxildir.
Bununla yanaşı, səhmdarlar Müşahidə Şurası və İdarə Heyətində, o cümlədən şirkətin nizamnaməsində müvafiq dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul edilməsini müzakirə edəcəklər.
ASC-nin 2016-cı il üçün illik (maliyyə) hesabatlarının müzakirəsi də iclasın gündəliyinə daxil edilib.
Bundan başqa, iclas iştirakçıları 2016-cı ilin nəticələrinə görə dividendləri müzakirə edəcək.
Səhmdarlar həmçinin kənar auditorun seçilməsi və xüsusi əhəmiyyətli əqdin bağlanmasına dair ümumi yığıncağın razılığının verilməsini nəzərdən keçirəcək.