Bank Of Baku

"Sutikinti" tender keçirir

"Sutikinti" tender keçirir
# 17 oktyabr 2017 07:03 (UTC +04:00)

"Azərsu" ASC-nin "Sutikinti" müəssisəsi mal-materialların satın alınması məqsədilə açıq tender elan edir.

 

"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, tender 5 lot üzrə keçirilir.

 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış

şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

 

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara

malik olmalıdırlar.

 

Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən

hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Mir Cəlal küçəsi, 34 A "Azərsu" ASC-nin "Sutikinti" müəssisəsinin təchizat şöbəsindən ala bilərlər.

 

Lot-1. Polietilen boru və fitinqlərin satın alınması.

Lot-2. Tikinti mal-materiallarının satın alınması.

Lot-3. Polad boruların satın alınması.

Lot-4. İzolyasiya edilmiş polad borunun satın alınması.

Lot-5. Polad siyirtmə və fitinqlərin satın alınması.

 

İştirak haqqı hər bir lot üçün 200 manatdır və heç bir halda geri qaytarılmır.

 

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcək.

 

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 noyabr 2017-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 22 noyabr 2017-ci il saat 18:00-dək "Sutikinti" müəssisəsinin təchizat şöbəsinə təqdim etməlidirlər.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

 

İddiaçıların təklifləri 23 noyabr 2017-ci il saat 16:00-da yuxarıda göstərilən ünvanda

açılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR