11 iyul 2017-ci il tarixinə "Azerinteltek" QSC (kommersiya ticarət markası - "Topaz") səhmdarlarına 2,391 mln. manat məbləğində aralıq dividend ödəyib.
"APA-Economics" xəbər verir ki, cari ilin aprelin 27-də bu rəqəm 3,098 mln. manat olub.
Şirkət 2016-cı ilin sonuncu rübündə səhmdarlarına 3,778 mln. manatlıq dividend ödəyib.
"Azerinteltek" QSC 2010-cu ilin yanvarın 19-da yaradılıb. Kommersiya ticarət markası "Topaz" olan şirkətin əsas səhmdarı "Inteltek" ("Turkcell" və "Intralot" şirkətlərinin birgə müəssisəsi) şirkətidir.