Bank Of Baku

Abdolbari Gözəl: "Gənclər cəmiyyət qarşısındakı məsuliyyətini maddi dəyərlərə qurban verməməlidir"

Abdolbari Gözəl: "Gənclər cəmiyyət qarşısındakı məsuliyyətini maddi dəyərlərə qurban verməməlidir"
# 28 yanvar 2016 14:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın aparıcı təhsil ocaqlarından olan Azərbaycan Diplomatiya Akademiyasının Biznes Məktəbində ilk məzun günü keçirilib.

 

"Azərsun Holding"dən “APA-Economics”ə verilən məlumata görə, tədbirə fəxri məruzəçi qismində holdinqin Müşahidə Şurasının sədri Abdolbari Gözəl dəvət edilib.

 

Son illərin ən uğurlu təhsil layihələrindən olan Azərbaycan Diplomatiya Akademiyası ölkəmizdə dünya səviyyəli mütəxəssislərin yetişməsində də böyük rol oynayır. Çox isti ab-havada keçən məzun günündə şirkətlər qrupunun təsisçisi gənclərlə öz həyat təcrübəsi ilə bölüşüb. Məzunlara gələcək biznes həyatlarında uğurlar arzu edən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri nəzəriyyə ilə bərabər təcrübənin də çox vacib olduğunu qeyd edib.

 

Bundan əlavə, A. Gözəl gənclərə mənəvi dəyərləri, cəmiyyət qarşısında olan məsuliyyəti heç zaman maddi dəyərlərə qurban verməməyi məsləhət görüb. Azərbaycan Diplomatiya Akademiyasında Biznesin idarə edilməsi üzrə 56 yerli və xarici məzun magistr diplomu alıb.

 

Tədbirdə çıxış edən universitetin rektoru Hafiz Paşayev A. Gözəlin çıxışını çox yüksək qiymətləndirərək minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Azərbaycan Diplomatiya Akademiyasında daha 27 nəfər məzun beynəlxalq biznesin idarə edilməsi üzrə diplom alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR