Bank Of Baku

Ağdaş sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır

Ağdaş sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır
# 28 aprel 2015 08:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu aprelin 24-də Ağdaş rayonunun Gürcüva kəndində işgüzar forum keçirib.

 

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

 

- çörək, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması;

- cins heyvandarlıq, istixana və intensiv bağçılıq təsərrüfatlarının yaradılması;

 

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR