Bakı. Vüsal Nəbiyev - APA-Economics. Tikinti məmulatlarının istehsalında ixtisaslaşan Almaniyanın "Henkel" şirkəti Gürcüstanda zavod açıb.
"APA-Economics" "News Georgia" agentliyinə istinadən xəbər verir ki, zavod azərbaycanlıların sıx məskunlaşdığı Qardabani rayonunda yerləşir.
Bildirilir ki, zavodda istehsal olunan məhsullar Azərbaycan və Ermənistana da ixrac olunacaq.
Zavodun tikintisinə 8 mln. dollar məbləğində investisiya yatırılıb. Müəssisədə 35 nəfər çalışacaq.