Bakı. Vüsal Nəbiyev - APA-Economics. Almaniya Sənaye və Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru və İdarə Heyətinin üzvü Florian Şröderin səlahiyyət müddəti başa çatıb.
Palatadan "APA-Economics"ə verilən məlumata görə, F. Şröderi Tobias Baumann əvəzləyib.
Məlumatda o da deyilir ki, sabah bu münasibətlə tədbir baş tutacaq. Tədbirdə Almaniya Sənaye və Ticarət Palataları Qurultayının baş icraçı direktorunun müavini Folker Trayer, habelə Almaniyanın Azərbaycandakı səfiri Mihael Kindsqrab, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard da iştirak edəcəklər.