Bank Of Baku

ASK-nın baş katibi dəyişib

ASK-nın baş katibi dəyişib
# 23 yanvar 2017 14:47 (UTC +04:00)

Orxan Bayramov Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) baş katib vəzifəsinə təyin olunub. Bu barədə "APA-Economics"ə ASK-dan məlumat verilib.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsini (bakalavr) 2008-ci ildə bitirən O. Bayramov hazırda "Maastricht School of Management"də EMBA proqramı üzrə təhsilini davam etdirir.

 

O. Bayramov əmək fəaliyyətinə 2006-cı ildən sığorta sahəsində  başlamışdır. 2013-cü ildən 2017-ci ilədək isə Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) sədr vəzifəsində çalışıb. İngilis, türk, rus dillərini bilir.

 

Qeyd edək ki, ASK 5 mart 1999-cu ildən təsis edilib. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edən qeyri-hökumət təşkilatıdır. Hal-hazırda 6000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-ə qədər iqtisadi və sosialyönümlü assosiasiyalar, holdinqlər, birliklər, ittifaqlar, iri şirkətlər, banklar, sığorta təşkilatları və qruplar ASK-nın üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR