APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, bu çərçivədə atılan addımlara lisenziyaların maksimum aradan qaldırılması və lisenziya almaq üçün müəyyənləşdirilmiş fəaliyyət növlərinin sayının azaldılması daxildir: “Bu istiqamətdə artıq prezidentin müvafiq sərəncamı var. Məqsəd ondan ibarətdir ki, xüsusi razılıq, yəni lisenziya almaq üçün nəzərdə tutulan fəaliyyət növlərinin sayı azaldılsın”.
Baş nazirin müavini qeyd edib ki, bu, iqtisadiyyatın liberallaşdırılması deməkdir: “Təbii ki, bu, sərbəst fəaliyyət üçün azad bazar iqtisadiyyatının mexanizmlərinin möhkəmlənməsi, sahibkarlığın inkişafı üçün əlavə imkanlar yaradır. Bütün bunların hamısı yeni iqtisadi islahatların vacib elementləridir ki, bunlar həyata keçirilməkdədir”.