Bank Of Baku

Bəzi siqaretlər ucuzlaşıb

Bəzi siqaretlər ucuzlaşıb
# 08 fevral 2016 10:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib. "Japan Tobacco International" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu gündən "Winston", "Sobranie" və "Camel" markalı siqaretlərin qiymətində azalma baş verib.

 

Bundan başqa, şirkətin istehlakçılarına təklif etdiyi "More" markalı siqaret 2 həftə öncə 1,20 manata qədər ucuzlaşıb.

 

Şirkət rəsmisi bildirib ki, "Winston" markalı siqaretin qiyməti 3,30 manatdan 2,80 manata, "Sobranie" (böyük) 7 manatdan 5 manata, "Camel" 3,50 manatdan 3 manatadək enib.

 

 
"Ucuzlaşmaya səbəb istehlakçıların alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Bunun nəticəsində istehlakçılar daha ucuz siqaretlər əldə etməyə çalışırlar ki, onların əksəriyyəti qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir", - deyə şirkət rəsmisi qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR