Bank Of Baku

Azərbaycan biznesmenləri Kazanda keçiriləcək investisiya forumuna dəvət olunub

Azərbaycan biznesmenləri Kazanda keçiriləcək investisiya forumuna dəvət olunub
# 29 yanvar 2014 07:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Tatarıstanda (Rusiya) «Invest in Tatarstan Winter Forum» beynəlxalq investisiya forumu keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, investisiya forumu martın 5-6-da Tatarıstanın paytaxtı Kazan şəhərində baş tutacaq.

 

Forum Tatarıstan prezidentinin himayəsi altında Tatarıstan İnvestisiya İnkişaf Agentliyi, Tatarıstan İnkişaf Şirkəti və Tatarıstan İxrac Korporasiyası tərəfindən təşkil olunur. Azərbaycanlı sahibkarlar və iş adamları forumda iştirak etməyə dəvət olunur. İnvestisiya forumunda iştirak etmək istəyən iş adamları Azpromo-ya müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR