Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il istehlak məqsədilə Azərbaycanın pərakəndə ticarət subyektlərində istehlakçılara 19,7 mlrd. manatlıq və ya 2012-ci il ilə müqayisədə 9,9% çox əmtəə satılıb.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 51,7%-ni ərzaq, 48,3%-ni qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,7 faiz bəndi artıb.
Hesabat ilində elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilə nisbətən 1,6 dəfə artaraq 2,6 mln. manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 82,6%-ni hüquqi, 17,4%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 89,7%-ni qeyri-ərzaq malları təşkil edib.