Bank Of Baku

Azərbaycan istehlak bazarı son bir ildə 9% artıb

Azərbaycan istehlak bazarı son bir ildə 9% artıb
# 25 mart 2014 14:12 (UTC +04:00)


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə ölkənin istehlak bazarında satılmış əmtəə və xidmətlərin həcmi 4,3 mlrd. manat olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% artıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, pərakəndə ticarət və xidmət şəbəkələrində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcminin 94,5%-i özəl bölmənin fəaliyyəti sayəsində formalaşıb. Bu bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən xidmətlərin həcmi 9,2% artaraq 4,1 mlrd. manat olub.

İstehlak bazarı üzrə real artımın 99,7%-i özəl bölmənin təsərrüfat subyektlərində yaranıb. İstehlak bazarı üzrə real artımın 19,1%-i hüquqi şəxslərin, 80,9%-i fiziki şəxslərin təsərrüfat subyektlərində yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR