Bank Of Baku

Azərbaycan sahibkarları İsraildə keçiriləcək kurslarda iştirak edəcək

Azərbaycan sahibkarları İsraildə keçiriləcək kurslarda iştirak edəcək
# 03 fevral 2014 10:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İsraildə sahibkarlar və iş adamları üçün kurslar təşkil olunacaq.

 

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin aprel-may aylarında İsrail Xarici İşlər Nazirliyinin İnkişaf Naminə Beynəlxalq Əməkdaşlıq Agentliyi (MAŞAV) tərəfindən sahibkarlar üçün müxtəlif mövzular üzrə kurslar keçiriləcək.

 

İsrailin Xayfa şəhərində Beynəlxalq Tədris Mərkəzində keçiriləcək ilk kurs «Qadın sahibkarlar və İKT» adlanır və aprelin 29-dan mayın 16-dək davam edəcək.

 

«Alternativ enerji mənbələrinin regional inkişafın sürətləndirilməsində rolu» adlanan ikinci kurs mayın 12-27-də baş tutacaq. «Müasir kənd təsərrüfatında arıçılığın rolu» mövzusundakı sonuncu kurs isə aprelin 28-dən mayın 22-dək vam edəcək.

 

Qeyd edək ki, proqramlar rus və ingilis dillərində) keçiriləcək. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar kurslarda iştiraka dəvət olunur. Kurslarda iştirak etmək istəyən iş adamları Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR