Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Mərakeşdə Qlobal Sahibkarlar Sammitinin 5-ci görüşü keçiriləcək.
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sammit noyabrın 19-21-də Mərakeş Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar. Sammitdə iştirak etmək istəyən sahibkarlar və iş adamları Mərakeşin Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.