Bank Of Baku

Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac edəcək

Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac edəcək
# 21 fevral 2018 13:58 (UTC +04:00)

Dubayın Beynəlxalq Ticarət Mərkəzində keçirilən “Gulfood 2018” beynəlxalq ərzaq sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər, potensial müştərilər tərəfindən maraqla qarşılanır.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, artıq “Gulfood 2018” beynəlxalq ərzaq sərgisində Azərbaycanın “Azhazelnut” şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan şirkət arasında 40 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalanıb.

 

Bundan başqa, Azərbaycanın süd və şirniyyat məhsullarının Səudiyyə Ərəbistanı, Tunis və BƏƏ-də distributorluğunun açılması məqsədilə xarici şirkətlərin təklifləri müzakirə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR