Bank Of Baku

Azərbaycan şirkətləri 2018-ci ilə optimizmlə baxır - SORĞU

Azərbaycan şirkətləri 2018-ci ilə optimizmlə baxır - <span style="color: red;">SORĞU
# 17 noyabr 2017 08:13 (UTC +04:00)

"Deloitte Azerbaijan" audit şirkətinin keçirdiyi sorğuya əsasən, respondentlərin (şirkət rəhbərləri və nümayəndələri) 87%-i inanır ki, hazırda Azərbaycanda formalaşmış biznes mühiti müsbət kimi qəbul olunur.

 

Sorğunun nəticələri "APA-Economics"ə təqdim olunub.

 

Nəticələr göstərir ki, respondentlərin mütləq əksəriyyəti 2018-ci ilə optimizmlə baxır. Belə ki, sorğuda iştirak edənlərin 79%-i inanır ki, vəziyyət yaxşıya doğru dəyişəcək. İştirakçıların 13%-i düşünür ki, vəziyyət dəyişməz qalacaq, 8%-i isə vəziyyətin pisləşəcəyinə şübhə etmir.

 

Optimizmin əsas səbəbini respondentlər 2015-2016-cı illərdə üzləşdiyi çətinliklərdən sonra şirkətlərində vəziyyətin stabilləşməsi ilə izah edir.  
 

"Deloitte Azerbaijan" bildirir ki, Azərbaycandakı şirkətlər üçün fəaliyyətin effektivliyinin artırılması prioritet olaraq qalır: buna xərclərə nəzarətin gücləndirmək və optimallaşdırma hesabına nail olmaq olar.

 

Sorğu iştirakçılarının 66%-i hesab edir ki, indiki səviyyədə kapital qoyuluşları biznesin genişləndirilməsi üçün kifayət edir.
 

Respondentlərin 13%-i bir sıra obyektlərinin bağlanmasında israrlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR