Bank Of Baku

Azərbaycan şirkətlərinin yarıdan çoxu maaşın hesablanmasında inflyasiyanı nəzərə almır - SORĞU

Azərbaycan şirkətlərinin yarıdan çoxu maaşın hesablanmasında inflyasiyanı nəzərə almır - <span style="color: red;">SORĞU
# 17 noyabr 2017 09:47 (UTC +04:00)

"Deloitte Azerbaijan" audit şirkətinin keçirdiyi sorğuya əsasən, respondentlərin (şirkət rəhbərləri və nümayəndələri) 58%-i əmindir ki, işçilərinin sayı indiki səviyyədə qalacaq.

 

Sorğunun nəticələri "APA-Economics"ə təqdim olunub.

 

Nəticələr göstərir ki, respondentlərin 21%-i işçilərinin sayının 10% artacağını proqnozlaşdırdığı halda, digər 21%-i personalın 6% azalacağına əmindir.

 

Sorğu iştirakçılarının 42%-i orta aylıq əmək haqqının artacağına arxayındır. Onların fikrincə, artım 6% səviyyəsində olacaq.


Aparılan sorğu üzə çıxarıb ki, şirkətlərin 58%-i əmək haqqının hesablanması zamanı inflyasiya amilini nəzərə almır. "Bu isə işçilərin real gəlirlərinin azalması ilə nəticələrin", - deyə sənəddə vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR