Bank Of Baku

Azərbaycan təkistifadəlik şprisə olan təlabatını daxili istehsal hesabına ödəyəcək

Azərbaycan təkistifadəlik şprisə olan təlabatını daxili istehsal hesabına ödəyəcək
# 22 dekabr 2017 18:54 (UTC +04:00)

Gələn il Azərbaycanda “Diamed Co.” təkistifadəlik şpris istehsalı zavodu istismara veriləcək.

 

Bu barədə “APA-Economics”ə açıqlamasında zavodun təsisçisi Aytən Quliyeva bildirib.

 

Xanım sahibkar qeyd edib ki, hazırda zavodun qurulması istiqamətində işlər aparılır: “Bu zavod Azərbaycan üçün çox önəmlidir. Zavod 2018-ci ildə istismara veriləcək. Hazırda mən zavodun qurulması ilə məşğulam”.

 

Təsisçisi vurğulayıb ki, ilkin mərhələdə zavodda istifadə olunan məhsul daxili tələbatın ödənilməsinə, növbəti illərdə isə ixraca yönəldiləcək.

 

“2018-ci ildə zavodda 100 milyon ədəd təkistifadəlik şprisin istehsal olunması planlaşdırılır. 2020-ci ildə bu göstərici 150-200 milyon ədədə çatdırılacaq”, - deyə A.Quliyeva bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR