Bank Of Baku

Azərbaycan Türkiyənin şərq və cənub-şərqindən 160 mln. dollar mal idxal edib

Azərbaycan Türkiyənin şərq və cənub-şərqindən 160 mln. dollar mal idxal edib
# 28 aprel 2017 13:04 (UTC +04:00)

2016-cı ildə Türkiyənin şərq və cənub-şərq regionunda yerləşən 17 şəhərdə fəaliyyət göstərən şirkətlərdən 171 ölkəyə 1,9 mlrd. dollarlıq ixracat həyata keçirilib. "APA-Economics" xəbər verir ki, bu barədə Şərqi Anadolu İxracatçılar Birliyinin (DAİB) hesabatında qeyd olunub.


Sənədə əsasən, ixracın 8,44%-i və ya 160,3 mln. manatı Azərbaycanın payına düşür.

 

Regionda fəaliyyət göstərən şirkətlər ən çox İraqa mal ixrac edib. Belə ki, ötən il Türkiyənin şərq və cənub-şərq bölgəsindən İraqa 378 mln. dollarlıq mal ixrac olunub. İkinci yerdə 198 mln. dollarlıq göstərici ilə İran, üçüncü yerdə isə Azərbaycan qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR