Bank Of Baku

Azərbaycan xaricə ixrac etdiyi məhsulların sayı və dəyəri artır

Azərbaycan xaricə ixrac etdiyi məhsulların sayı və dəyəri artır
# 16 mart 2018 12:06 (UTC +04:00)

Ötən il  Azərbaycandan Almaniyaya 80 min dollar dəyərində nar şirəsi ixrac edilib.

 

APA-Economics”in məlumata görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov bu gün ixracla bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, artıq bu ildən başlayaraq  Qırğızıstana 30 min dollarlıq üzüm və şərab ixrac ediləcək: “Bu müqavilə Qazaxıstanda keçirilən ixrac missiyaları çərçivəsində baş tutub”.

 

R. Məmmədov deyib ki, artıq Birləşmiş Ərəb Əmirliklərinə 100 min dollar dəyərində  qənnadı məhsulların ixracı təmin edilib. Bundan başqa, bu ölkəyə 233 min dollarlıq fındıq ixrac olunacaq.

 

R. Məmmədov qeyd edib ki, bu il Azərbaycandan Səudiyyə Ərəbistanına nar şirəsinin ixracına başlanılacaq: "Artıq bununla bağlı müqavilə imzalanıb. Bundan başqa, Rusiyaya fındıq ixrac ediləcək ki, bununla da bağlı 3 müqavilə imzalanıb. Həmçinin, Birləşmiş Ərəb Əmirliyinə 10 milyon dollarlıq nar məhsulu ixrac olunacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR