Bank Of Baku

Azərbaycan xarici ticarətinin 40%-ni Aİ ölkələri ilə həyata keçirib

Azərbaycan xarici ticarətinin 40%-ni Aİ ölkələri ilə həyata keçirib
# 14 iyun 2017 15:32 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 93 ölkəyə məhsul ixrac olunub, 148 ölkədən idxal olunub.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 7000,8 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 4835,8 mln. dollar, idxalın dəyəri 2165,0 mln. dollar təşkil edib, nəticədə 2670,8 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,8% artıb, real ifadədə isə 15,2%, o cümlədən ixrac 6,8%, idxal 27,6% azalıb.

 

Ticarət dövriyyəsinin 39,4%-i Avropa İttifaqı ölkələri, 12,1%-i MDB üzvü dövlətləri, 48,5%-i isə dünyanın digər ölkələrinin payına düşüb. İxracın dəyərinin 23,2%-i İtaliyaya, 10,8%-i Türkiyəyə, 5,4%-i Çinə, hər biri 5,2%-i olmaqla  Portuqaliya və İsrailə, 4,9%-i Tayvana (Çinin əyaləti), hər biri 4,4% olmaqla Almaniya və Kanadaya, 4,3%-i Gürcüstana, hər biri 3,4% olmaqla Rusiya və Hindistana, qalan 25,4%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

 

İdxal olunmuş məhsulların dəyərinin 18,8%-i Rusiyanın, 16,6%-i Türkiyənin, 9,8%-i Çinin,  5,0%-i Almaniyanın, 4,5%-i Ukraynanın, 4,4%-i ABŞ-ın, 3,8%-i İtaliyanın, 3,7%-i Birləşmiş Krallığın, 3,3%-i İranın, 2,5%-i Qazaxıstanın, 1,8%-i Fransanın, 25,8%-i isə digər ölkələrin payına düşüb.

 

Bu ilin yanvar-aprel aylarında 408,2 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 22,6%, real ifadədə isə 20,5% çoxdur.

 

Bu ilin yanvar-aprel aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 62,3%, təzə tərəvəz – 74,6%, tütün – 49,5%, çay – 22,1%, meyvə və tərəvəz şirələri – 49%, təbii üzüm şərabları və üzüm sulosu – 15,0%, meyvə və tərəvəz konservləri – 14%, polietilen – 0,3%, pambıq lifi – 5,8 dəfə, bentonit gili – 3,4 dəfə artıb, şəkər ixracı isə 2,1%, bitki yağları – 2,5%, kartof – 27,9%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 21,5%, emal olunmamış alüminium – 31,5%, qara metallardan borular – 22,3%, qara metallardan yarımfabrikatlar – 67%, pambıq  ipliyi – 37,5% azalıb.

 

2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 2017-ci ilin yanvar-aprel aylarında təzə meyvə  idxalı 10,7%, çay – 4,1%, quş əti və onun əlavə məhsulları – 2,2 dəfə, mal əti – 2,2 dəfə, minik avtomobilləri – 7,4%, polad prokatı – 6,3%, hesablama maşınları, blok və qurğuları – 2,4 dəfə, mebel – 34%, qara metallardan çubuqlar – 0,3%, rezin şinlər – 73,1%, mineral gübrələr – 4,3 dəfə, qara metallardan künclüklər ­– 38,4%, paltaryuyan maşınlar – 2,2 dəfə, məişət kondisionerləri – 2,3 dəfə, yük avtomobilləri – 81,1%, avtobuslar – 13% artıb, buğda idxalı isə 47,6%, xam şəkər və şəkər – 0,9%, bitki yağları – 30,1%,  kərə yağı, digər süd yağları və pastaları – 3,7%, kartof – 16%, təzə tərəvəz – 35,7%, qara metallardan borular – 74,6%, polietilen – 30,8%, sement və sement klinkerləri – 92,1%, məişət soyuducuları – 44,6% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR