Bank Of Baku

Azərbaycana idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı məhsulun yararlılıq müddətinin sonunadək veriləcək

Azərbaycana idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı məhsulun yararlılıq müddətinin sonunadək veriləcək
# 01 mart 2015 08:24 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”na dəyişiklik edib.

 

APA-nın məlumatına görə, dəyişikliyə əsasən bundan sonra Azərbaycan Respublikasına idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun yararlılıq müddətinin sonunadək veriləcək.

 

Sertifikatın və şəhadətnamənin alınmasına görə dövlət rüsumları isə  yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir. Buna müvafiq olaraq, Nazirlər Kabineti “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydasının və sertifikatların nümunəsinin təsdiq edilməsi barədə” qərarında da dəyişiklik edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR