Bakı. Aqşin Rafiqoğlu–APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 54 285 vergi ödəyicisi qeydiyyata alınıb.
Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə vergi ödəyicilərinin qeydiyyatı 550 nəfər və ya 1% azalıb.
Bu ilin sentyabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 585 584-ə çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,2% çoxdur.
Bu ilin yanvar-avqust ayları ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,8%% təşkil edib.