Bank Of Baku

Azərbaycanda “Halal” sertifikatı verilən müəssisələrdə monitorinqlərə başlanılıb - VİDEO

Azərbaycanda “Halal” sertifikatı verilən müəssisələrdə monitorinqlərə başlanılıb - <span style="color: red;">VİDEO
# 09 iyun 2014 09:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda istehsal olunan bir sıra məhsullara “Halal” sertifikatı verildikdən sonra mütəmadi olaraq monitorinqlər və yoxlamalar həyata keçirilməyə başlanılıb.

 

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

 

Onun sözlərinə görə, istehsal olunan məhsulların tərkibinə hansı komponentlərin və ya hansı ətlərin vurulduğunu müəyyənləşdirmək üçün yeni avadanlıqlar alınıb: “Artıq bu avadanlıqlar vasitəsilə dörd komponenti – at, quş, donuz və mal ətini müəyyənləşdirə bilirik. Hətta istehsalçı müəssisələr bilmədən onların məhsullarını alırıq və öz laboratoriyalarımızda analizlər həyata keçiririk”.

 

R. Həsənov deyib ki, akkreditasiyadan keçən müəssisələrin “Halal” sertifikatına uyğun olmayan məhsullar istehsal etmələri ilə bağlı hələlik heç bir nöqsanların aşkar olunmadığını və bu barədə məlumata malik deyillər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR